ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İranla müharibəsi fonunda gərginliyi azaltmaq məqsədilə İstanbulda ABŞ və İran rəsmiləri arasında gizli görüş təşkil etməyə cəhd göstəriblər.
Bakupost.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, görüş planı İranın ali lideri Ayətullah Əli Xameneinin razılığının alınmaması səbəbindən baş tutmayıb. Xamenei İsrailin mümkün sui-qəsdindən ehtiyat edərək gizləndiyi üçün onunla əlaqə qurmaq mümkün olmayıb.
Tramp, diplomatik həll yolunu tapmaq və ABŞ-ın hərbi əməliyyatlara qoşulmasının qarşısını almaq üçün nüvə sazişi əldə etməyə çalışıb. Hətta zərurət yaranacağı təqdirdə özü də danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.