Ru
21:04 / 21 İyun 2025

Qəbiristanlıqda qanlı olay: Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU

Qəbiristanlıqda qanlı olay:  Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU
Eye

Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Y.M. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib. Yetkinlik yaşına çatmayan H.Q.-nin aldığı xəsarətlər nəticəsində müalicə olunduğu xəstəxanada vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan Y.M.-nin aralarında yaranmış mübahisə zamanı bıçaqla H.Q.-in bud nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar