Ru
20:05 / 21 İyun 2025

Braziliyada faciə: 8 nəfər havada yanaraq öldü

Braziliyada faciə: 8 nəfər havada yanaraq öldü
Eye

Braziliya səmasında baş verən dəhşətli qəzada hava şarının alovlanması nəticəsində 8 nəfər həyatını itirib.

Bakupost.az xəbər verir ki, Braziliyanın Santa-Katarina ştatının Praya-Qrande şəhərində baş verən faciəvi hadisədə içərisində 22 nəfərin olduğu hava şarı qəfildən havada alışaraq yerə çırpılıb.

Hadisə yerinə dərhal çox sayda xilasedicilər göndərilib. Ştat qubernatoru Jorjinyo Mello sosial media hesabından indiyə qədər 8 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə xilas edildiyini açıqlayıb.

Qubernator digər sərnişinlərin axtarışlarının davam etdiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar