Ru
21:43 / 21 İyun 2025

Husilər yenidən ABŞ-ı hədələdi

Husilər yenidən ABŞ-ı hədələdi
Eye

Yəmən husiləri ABŞ hökumətini hədələyərək onların İsrail tərəfində İranla münaqişəyə girəcəyi təqdirdə Qırmızı dənizdəki ABŞ gəmilərinə hücum edəcəklərini bildiriblər.

Bakupost.az xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib.

“Əgər ABŞ İsraillə birlikdə İrana qarşı hücum və təcavüzdə iştirak edərsə, silahlı qüvvələrimiz Qırmızı dənizdə ABŞ mülki və hərbi gəmilərinə zərbələr endirəcək”, - o deyib.

Saria vurğulayıb ki, husilər bölgədəki bütün fəaliyyəti diqqətlə izləyir və ərazilərini qorumaq üçün lazımi tədbirlər görməyə hazırdırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar