İstanbul Prokurorluğu jurnalist Fatih Altaylının saxlanılmasının səbəbini açıqlayıb.
Bakupost.az xəbər verir ki, o, sosial media hesabında verdiyi açıqlamalara görə “prezidenti təhdid etmə” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb.
“20.06.2025-ci il tarixində adı hallanan “Youtube” sosial media kanalında prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli açıqlamalarına görə Fatih Altaylıya qarşı CM-nin 310/2 və 106/1-ci maddələri (prezidenti təhdid etmə) ilə istintaq başladılıb. İstanbul Polis İdarəsinə onun saxlanılması ilə bağlı göstəriş verilib”, - İstanbul Prokurorluğunun açıqlamasında deyilir.
***
22:45
Məşhur türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb.