Ru
08:45 / 04 Sentyabr 2025

Azərbaycan-Rusiya münasibətlərinin normallaşması üçün... – Zaxarovadan açıqlama

Azərbaycan-Rusiya münasibətlərinin normallaşması üçün... – Zaxarovadan açıqlama
Eye

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Rusiya arasında münasibətlərin normallaşması barədə jurnalistlərin suallarını cavablandırıb.

Bakupost.az xəbər verir ki, Zaxarova növbəti dəfə Azərbaycanda həbsdə olan rusiyalı dəstə üzvlərinin buraxılmasından danışıb. O bildirib ki, Azərbaycanda saxlanılan rusların azad edilməsi Bakı ilə Moskva arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olardı.

Qeyd edək ki, sözügedən Rusiya vətəndaşları İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluqda ittiham olunaraq həbs ediliblər.

Aysel,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar