Ümumrusiya Dövlət İctimai Rəyin Öyrənilməsi Mərkəzi Rusiyanın ixrac potensialına dair araşdırmanın nəticələrini təqdim edib.
Bakupost.az xəbər verir ki, məlumatda postsovet məkanında ən populyar Rusiya mallarının ərzaq məhsulları olduğu bildirilib.
 
“Rusiya ərzaq məhsullarının əsas istehlakçıları Ermənistan və Azərbaycandır. Bu ölkələrin sakinlərinin yarıdan çoxu son 2-3 ildə Rusiya istehsalı olan ərzaq məhsullarını alır (müvafiq olaraq 62% və 59%).
Qazaxıstan (50%), Tacikistan və Ermənistan (hər biri 43%) və Belarus (35%) sakinləri daha çox rus brendi geyimləri geyinir.
Rusiyadan gələn tikinti materiallarına ən çox tələbat Qırğızıstanda (57%) və Azərbaycanda (32%) olur”, - araşdırmada qeyd olunur.
Asena,
BakuPost