Ru
13:06 / 26 Dekabr 2025

Azərbaycan yığmasının sabiq üzvü Türkiyədə saxlanıldı - FOTO

Azərbaycan yığmasının sabiq üzvü Türkiyədə saxlanıldı - FOTO
Eye

Türkiyə futbolunda aparılan qanunsuz mərc istintaqı çərçivəsində Azərbaycan yığmasının sabiq üzvü, “Erciyes 38” klubunun futbolçusu İsmail Karakaş barəsində saxlanılma qərarı verilib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun məlumatına görə, futbolçunun da daxil olduğu bir qrup oyunçunun matçların nəticəsinə təsir göstərmək məqsədilə mərc oyunlarında iştirak etdikləri iddia olunur.

Xüsusilə öz komandalarının oyunlarında rəqibin qələbəsinə mərc qoyulduğu ehtimal edilir.

Qeyd edək ki, İsmail Karakaş Azərbaycanın U-17 və U-19 yığmalarında oynayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar