Rusiya müdafiə nazirinin keçmiş müavini, general-polkovnik Yuri Sadovenko vəfat edib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, o, 56 yaşında ürək xəstəliyindən Moskvada dünyasını dəyişib.
Ukraynada doğulan Yuri Sadovenko Ryazan Hava Desant Komanda Məktəbini bitirmişdi. O, hərbi xidmətə başlayandan sonra uzun illər ərzində müxtəlif vəzifələrdə çalışıb və xüsusilə Mülki Fövqəladə Hallar Nazirliyi (MChS) və Müdafiə Nazirliyində yüksək postlar tutmuşdu.
Sadovenko 2013-cü ildə Rusiya müdafiə nazirli Sergey Şoyqunun müavini, nazirliyin aparatının rəhbəri təyin olunub. 2014-cü ildə ona general-polkovnik rütbəsi verilib.
Sadovenko 2024-cü ilin may ayında prezident Vladimir Putin tərəfindən nazir müavini vəzifəsindən azad edilib. Şoyqu da həmin dövrdə postunu tərk etmişdi və bu kadr dəyişikliyi Rusiyada geniş müzakirələrə səbəb olmuşdu.
Sadovenko 2022-ci ildə Böyük Britaniya və ABŞ-nin sanksiyalar siyahısına daxil edilmiş yüksək rütbəli hərbçilərdən biri idi.
Cavid, BakuPost