Ukrayna Təhlükəsizlik Xidməti paytaxt Kiyevdə Rusiya Federal Təhlükəsizlik Xidməti üçün çalışan agenti həbs edib.
Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, həmin şəxs Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin zabitini paytaxtın mərkəzindəki bir kafedə güllələməyə cəhd edərkən tutulub.
Saxlanılan şəxsin Mərkəzi Asiya ölkəsinin 28 yaşlı vətəndaşı olduğu müəyyən edilib.
Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasına görə, o, “Twitter” və “Telegram” kimi kanallarda asan qazanc təklifləri axtararkən FTB tərəfindən əməkdaşlığa cəlb olunub. Agentə Ukrayna zabitini öldürməsi üçün 50 min ABŞ dolları və Avropa İttifaqında leqal yaşayış vəd edilib.
Onu ömürlük həbs cəzası gözləyir.
Bu, Ukraynada Rusiya kəşfiyyatının fəaliyyəti ilə bağlı tərəfindən aşkar edilən ən təhlükəli sui-qəsd cəhdlərindən biri hesab olunur.
Cavid, BakuPost