2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan məhsullar arasında ən çox bahalaşan mallar dərman vasitələri olub. Belə ki, əczaçılıq məhsullarında 55 faiz bahalaşma qeydə alınıb.
Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə dərman idxalının həcmində artım qeydə alınmayıb. Belə ki, 2024-cü ilin 10 ayı ərzində Azərbaycana 430 milyon dollar dəyərində dərman idxal edildiyi halda, 2025-ci ilin eyni dövründə idxalın həcmi 424.7 milyon dollar təşkil edib.
Keçən ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 424 milyon 100 min manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24.3 faiz çoxdur.
Qeyd edək ki, Azərbaycanda əczaçılıq və tibbi məhsullara xərclənən vəsait ümumi pərakəndə satışdakı xüsusi çəkisi 2-3 faiz arasında dəyişir.