Ru
15:37 / 06 Sentyabr 2025

Azərbaycanda daha bir məmura HÖKM OXUNDU

Azərbaycanda daha bir məmura HÖKM OXUNDU
Eye

Füzuli Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsində işləyən 30 yaşlı Samir Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.

Xatırladaq ki, hadisə ötən il dekabrın 9-da rayonun Arayatlı kəndi ərazisində baş verib. S.Qəhrəmanovun idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində S.Qəhrəmanov və avtomobildə olan ANAMA əməkdaşları - 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və 1990-ci il təvəllüdlü Mustafa Qasımov xəsarətlərlə xəstəxanaya yerləşdirilsələr də, sonrada M.Qasımov orada ölüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar