Ukrayna hüquq-mühafizə orqanları ölkədə fəaliyyəti qadağan olunmuş “Müxalifət Platforması - Həyat Naminə” Partiyasından olan deputatı saxlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurum deputatın “vətənə xəyanət” ittihamı ilə saxlanıldığını bildirib.
İstintaq məlumatına görə, şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən müharibənin başlamasından xeyli əvvəl işə götürülüb və Rusiya xüsusi xidmət orqanları üçün tapşırıqları aktiv şəkildə yerinə yetirib.
Faktla bağlı ibtidai istintaq davam edir.