Əlilliyin qiymətləndirilməsi üçün tibbi göndərişlərdə artıq süni intellekt əsaslı funksionallıq əsasında mətn analizi həyata keçirilir.
Bakupost.az xəbər verir ki, bunu nazir Anar Əliyev DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən “SocGov 2025: Süni intellekt - insan və transformasiya üçün” adlı beynəlxalq konfransda bildirib.
O əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizminin də hazırlanmaqda olduğunu deyib: “Bu mexanizm nəticəsində həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq”.
Nazir süni intellekt həllərinin məşğulluq və reabilitasiya sahələrində də tətbiqinin nəzərdə tutulduğunu, 3 illik Yol Xəritəsi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət istiqamətlərində süni intellekt həllərinin tətbiqi işlərinin davam etdiyini bildirib.