Bir neçə gün əvvəl Zaqatalada 41 yaşlı İsgəndər Musayevin ölümcül döyülməsi barədə xəbər vermişdik.
Bakupost.az Lent.az -a istinadən xəbər verir ki, İ.Musayevin döyülərək komaya düşməsinə dözməyən atası Yusif Musayev ötən gecə ürək tutmasından ölüb.
Qeyd edək ki, İsgəndər Musayevi döyənlər hələ tutulmayıb.