Gəncədə tanınmış vəkil saxlanılıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, Zabil Qəhrəmanov Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun hansı səbəbdən saxlanılması hələlik məlum deyil.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət qərar qəbul edib. Qərara əsasən, Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.