Ru
14:16 / 24 Oktyabr 2025

Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü

Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
Eye

Bu gün Türkiyənin Bodrum sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində yeddi nəfər həyatını itirib.

Bakupost.az -ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Agentliyin Türkiyə Sahil Mühafizəsi Komandanlığına istinadən verdiyi xəbərdə bildirilir ki, hadisə yerinə Sahil Mühafizəsinin 4 kateri, dalğıc qrupu, helikopter və çoxsaylı şəxsi heyət göndərilib. Xilasetmə əməliyyatı zamanı 2 miqrant xilas edilərək sahilə çıxarılıb.

İlkin araşdırmalar nəticəsində yeddi nəfərin cəsədi tapılıb. Bölgədə axtarış-xilasetmə əməliyyatlarının Sahil Mühafizəsi tərəfindən davam etdirildiyi, hadisə ilə bağlı istintaqın başladıldığı bildirilib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar