Ru
16:11 / 24 Oktyabr 2025

49 saylı marşrutdan ŞİKAYƏT: "Sürücü qapıları bağlaya bilmir"

49 saylı marşrutdan ŞİKAYƏT: "Sürücü qapıları bağlaya bilmir"
Eye

Bakıda marşrut xəttində yaranan sıxlıq narazılıq yaradıb.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, 49 nömrəli xətt üzrə hərəkət edən avtobuslar arasında interval çox olduğu üçün günün pik saatlarında həddən artıq sıxlıq yaranır.

"Avtobusda o qədər sıxlıq olur ki, sürücü qapıları bağlaya bilmir. Səhər-axşam əsəbi tarıma çəkən sərnişinlərlə sürücü arasında mübahisə yaranır. İşə və evə tez getmək istədiyimiz halda yollarda qalırıq", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, 49 nömrəli marşrut xətti üzrə 26 avtobus 6-7 dəqiqəlik intervalla fəaliyyət göstərir.

"Avtobusların keçdiyi küçə və prospektlərdə yaranan nəqliyyat sıxlığı hərəkət intervalının pozulmasına səbəb olur. Buna baxmayaraq, daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi və avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi barədə tapşırıq verilib. Məsələni araşdırıb sürücü barədə tədbir görülməklə bağlı da daşıyıcıya tapşırıq verilib", - deyə T.Orucov bildirib.

@tv.oxu

49 saylı avtobusdakı sıxlıq narazılıq yaradıb. #avtobus #narazılıq #oxuaz

♬ oxu.az - orijinal ses - oxu.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar