Ru
20:42 / 24 Oktyabr 2025

Anar Əsədlinin həbs səbəbi məlum oldu - YENİLƏNİB

Anar Əsədlinin həbs səbəbi məlum oldu - YENİLƏNİB
Eye

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib.


2 zərərçəkən dəymiş ziyanı ödəmədiyinə görə Anar Əsədlinin həbsi barədə məhkəməyə vəsatət verib. Məhkəmə həmin vəsatəti təmin edib və onun həbsi barədə qərar çıxarıb.


Anar Əsədli məhkəmə zalında həbs edilib.


Növbəti proses 28 noyabra təyin edilib.


Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

***

19:14

Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli həbs edilib.


Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Məlumatı onun vəkili Hikmət Əliyev "qafqazinfo"ya təsdiq edib.

Onun hansı əmələ görə həbs edildiyi hələlik məlum deyil.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar