Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı yeni faktlar üzə çıxır.
Bakupost.az xəbər verir ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu zaman yazdığı bu məktubla Azərbaycan elminə daha bir ağır zərbə endirib.
Söhbət hansı məktubdan gedir?
Etibarlı mənbə bildirib ki, Ramiz Mehdiyev dövlət qulluğunda çalışan şəxslərin elmi işlə məşğul olmalarını, hər hansı mövzuda elmi iş müdafiə etməyi qadağan edibmiş. Bununla bağlı R.Mehdiyevin imzası ilə Ali Attestasiya Komissiyasına məktub da daxil olub.
Mənbə onu da qeyd edir ki, bu qadağadan sonra yüzlərlə vəzifə tutan şəxs elmi işlə məşğul ola bilməmiş, onların elmi işi yarımçıq qalmış və müdafiə etmələri mümkün olmamışdır. Bəs Ramiz Mehdiyev bu qərarı niyə verib? Mənbə bildirib ki, bu qadağa Ramiz Mehdiyevin general-mayor oğlu (Red - Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavinidir) elmi dərəcə aldıqdan sonra gündəmə gəlib.
Onu da qeyd edək ki, R.Mehdiyevin oğlu T.Mehdiyev hüquq elmləri üzrə fəlsələ doktorudur. Sual olunur: Əgər,belə bir qadağa varsa,"boz kardinal"ın oğlu necə müdafiə edib?
Onu da qeyd edək ki,Mehdiyevlər ailəsində 3 professor və bir akademik var. Məsələ ilə bağlı elm adamları da münasibət bildirib.Belə bir qadağanın olması dolayısı yolla rəsmi təsdiqini tapıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnistutunun direktoru,Müdafiə Şurasının sədri professor Nadir Məmmədli oxu24.com saytının əməkdaşına bildirib ki, barəsində söhbət gedən məsələdən xəbərdardır. Amma, Ali Attestasiya Komissiyasına Ramiz Mehdiyev tərəfindən yazılmış məktub barədə eşitsə də,buna dair onun əlində heç bir yazılı sənəd yoxdur. Məhz Mehdiyevin bu məktubu yüzlərlə istedadlı insanın elmdən uzaq düşməsinə səbəb olub. Hesab edirik ki, Azərbaycan elminin düşməni Ramiz Mehdiyev əgər,həqiqətən də rəsmi və ya qeyri-rəsmi belə göstəriş veribsə,o dərhal ləğv edilməlidir və onun özü kimi arxivə göndərilməlidir. Onun ilk növbədə özünün və ailə üzvlərinin hansı yollarla elmin zirvəsinə yüksəlmələrini Ali Attestasiya Komissiyası apellyasiya qaydasında araşdırılmalıdır.