Ru
21:08 / 24 Oktyabr 2025

ABŞ hərbçilərindən Karib dənizində əməliyyat: Altı nəfər öldürüldü

ABŞ hərbçilərindən Karib dənizində əməliyyat: Altı nəfər öldürüldü
Eye

ABŞ ordusu Karib dənizi hövzəsində narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbələr endirib.

Bakupost.az xəbər verir ki, bu barədə müdafiə naziri Pit Heqset sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı gəmidə olan 6 nəfərin hamısı məhv edilib.

Pentaqon rəhbəri ABŞ Prezidenti Donald Trampın göstərişi ilə "Tren de Aragua" təşkilatına məxsus gəmiyə zərbələr endirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu qrup terrorçu təşkilat kimi tanınıb və narkotik alveri ilə məşğuldur.

Heqset əlavə edib ki, Qərb yarımkürəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan bütün qüvvələrə terrorçular kimi davranılacaq. Belə qrupların şəbəkələri, ayrı-ayrı şəxsləri izləniləcək və istənilən vaxt məhv ediləcək.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar