Ru
23:28 / 24 Oktyabr 2025

İsrail ordusu Livanda "Hizbullah" komandirini öldürdü

İsrail ordusu Livanda "Hizbullah" komandirini öldürdü
Eye

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda "Hizbullah"ın logistika qüvvələrinin komandirini öldürüb.

Bakupost.az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Nəbatiyyə bölgəsindəki əməliyyatda Abbas Həsən Karkini məhv edilib.

Mətbuat Xidmətinin məlumatına görə, qətlə yetirilən şəxs son aylarda Litani çayının cənubunda "Hizbullah"ın döyüş qabiliyyətini bərpa etmək səylərinə rəhbərlik edib, eləcə də təşkilatın təhlükəsizlik strukturunun yenidən qurulmasına cavabdeh olub, Livanın cənubunda silahların daşınmasını və saxlanmasını idarə edib.

İsrail ordusu qətlə yetirilən şəxsin fəaliyyətini İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulması kimi qiymətləndirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar