Ru
21:57 / 24 Oktyabr 2025

“Meta” və “TikTok” qayda pozuntusunda ittiham olunur

“Meta” və “TikTok” qayda pozuntusunda ittiham olunur
Eye

Avropa Komissiyası “Meta” ilə “TikTok” platformasının Rəqəmsal Xidmətlər Aktı çərçivəsindəki şəffaflıq öhdəliklərini pozduqlarını açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə qurumun saytında qeyd olunub.

Bildirilib ki, “Meta” və “TikTok” tədqiqatçılara açıq məlumatlara kifayət qədər çıxış imkanı verməyib. Həmçinin “Meta”nın instaqram və feysbuk platformalarında istifadəçilərə qanunsuz məzmunu bildirmək və moderasiya qərarlarına etiraz etmək üçün sadə mexanizmlər təqdim etmədiyi müəyyən edilib.

Komissiyanın ilkin nəticələri təsdiqlənərsə, şirkətlər cərimə və qaydalara əməl etmə göstərişi ilə üzləşə bilər. Qanunlara əsasən, Avropa İttifaqı texnoloji nəhənglərə qlobal dövriyyələrinin 6 faizinə qədər maliyyə sanksiyası tətbiq edə bilər.

Qeyd edək ki, təkrar qayda pozuntusu halında bu platformaların Aİ ərazisində fəaliyyətinin dayandırılması da mümkündür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar