Xalq artisti Şahnaz Haşımova Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-ın yerli bürosuna oğlu Tural Abdulayev məlumat verib.
Onun sızlərinə görə, Ş.Haşımova sabah əməliyyat olunacaq
"Anamın vəziyyəti, şükürlər olsun, yaxşıdır. Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər ki, mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısında əməliyyat olunacaq" - deyə Xalq artistinin oğlu bildirib.