Ru
21:49 / 24 Oktyabr 2025

Məşhur bəstəkar xəstəxanaya yerləşdirildi

Məşhur bəstəkar xəstəxanaya yerləşdirildi
Eye

89 yaşlı tanınmış bəstəkar Raymond Pauls xəstəxanaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə "Abzas" nəşri məlumat verib.

Məlumata görə, rusiyalı müğənni Alla Puqaçovanın ifasındakı "Million alıx roz" hitinin müəllifi əməliyyat olunub və danışmağa çətinlik çəkir.

"Xəstəxanadayam. Danışmaq mənim üçün çətindir. Əməliyyat olundum", - deyə Pauls bildirib.

O, diaqnozunu açıqlamaqdan imtina edib.

Oktyabr ayında bəstəkar Latviyada çıxış etməyi planlaşdırırdı, lakin səhhətinin pisləşməsi səbəbindən tədbir təxirə salınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar