Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz Suriyaya səfir təyin edilib.
Bakupost.az xəbər verir ki, Yılmaz 13 ildən sonra Türkiyənin Suriyadakı ilk səfiri olacaq.
2012-ci ilin martında Türkiyənin Dəməşqdəki səfirliyi bağlanıb və yalnız ötən ilin dekabrında Suriyada hökumət dəyişikliyindən sonra yenidən açılıb.