Ru
19:31 / 24 Oktyabr 2025

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi
Eye

Azərbaycanlı jurnalist və şərqşünas Ruslan Süleymanovun adı Rusiyada "xarici agentlər"in reyestrinə əlavə edilib.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Onunla yanaşı, rusiyalı jurnalistlər İrina Novik və Nino Rosebaşvili, həmçinin Dmitri Çernışevski də "xarici agent" elan olunublar.

Nazirlik qeyd edib ki, onlar Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatlar tərəfindən materialların yaradılmasında və yayılmasında iştirak ediblər.

Xatırladaq ki, 30 yaşlı Ruslan Süleymanovun atası azərbaycanlı, anası ukraynalıdır. O, Ukrayna münaqişəsi başladıqdan sonra TASS-dan ayrılıb və hazırda Bakıda yaşayır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar