Ru
19:40 / 24 Oktyabr 2025

Əvvəl müavin, sonra rəis çıxarıldı - Nə baş verir?

Əvvəl müavin, sonra rəis çıxarıldı - Nə baş verir?
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sərəncam imzalayaraq, general-mayor İlqar Rza oğlu Abbasovu Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edib.

Bakupost.az xəbər verir ki, prezidentin digər sərəncamı ilə onun yerinə Sərdar Süleyman oğlu Səfərov təyin edilib.

Maraqlıdır ki, 15 oktyabr 2025 tarixində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini vəzifəsini icra edən İsmayıl Xəlil oğlu Hüseynov da vəzifədən azad olunub. Onun öz ərizəsi ilə vəzifəsindən azad edildiyi bildirilirdi. İsmayıl Hüseynov açıqlamasında vəzifədən getməsinə səbəb kimi səhhətindəki problemləri göstərib.

“Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm”, - o bildirib.

İsmayıl Hüseynovun açıqlamasına baxmayaraq onun ardınca Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin də vəzifədən getməsi, qurumda ardıcıl iki kadr dəyişikliyinin olması maraq doğurub.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar