Ru
16:30 / 24 Oktyabr 2025

Cavanşir Paşazadə seçicilər adından özünə təşəkkür yazıb? - AÇIQLAMA

Cavanşir Paşazadə seçicilər adından özünə təşəkkür yazıb? - AÇIQLAMA
Eye

Mətbuatda və sosial şəbəkələrdə Milli Məclisin deputatı Cavanşir Paşazadənin "Facebook" paylaşımları müzakirələrə səbəb olub.

Onun öz adından etdiyi paylaşımda sanki üçüncü şəxsin adından çıxış etməsi, paylaşımlarda bəsit qrammatik səhvlər, anlaşılmaz cümlələr tənqid edilib.

Paylaşımın birində deyilir ki, seçicilər göstərdiyi diqqət və qayğıya görə deputat Cavanşir Paşazadəyə təşəkkür ediblər.

"Deputat faktiki olaraq, seçicilərin adından özü özünə təşəkkürnamə yazıb. Təbii ki, bu mətni yazan Paşazadənin özü deyil, hansısa köməkçisi, yaxud “sürücüsüdür”. Çünki Cavanşir Paşazadə böyük ehtimalla artıq bir neçə il əvvəl “Facebook”-da şəxsən özü paylaşım etməyi tərgidib. Belə ki, həmin vaxt Paşazadə hesabındakı paylaşımında kobud, biabırçı orfoqrafik səhvlərə yol vermişdi", - "azpolitika" bildirib.

Bakupost.az xəbər verir ki, modern.az məsələ ilə əlaqədar deputat Cavanşir Paşazadənin özü ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında deputat bununla maraqlanmadığını bildirib. "Bununla bağlı heç bir cavabım olmayacaq. Heç məni maraqlandırmır da", - o deyib.

Xatırladaq ki, deputatın daha əvvəl paylaşımlarda kobud səhvlər buraxması da müzakirələrə səbəb olmuşdu.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar