Ru
17:06 / 24 Oktyabr 2025

"Əzrayılın əlindən qaçdım" - Abid Şərifov

"Əzrayılın əlindən qaçdım" - Abid Şərifov
Eye

Bir neçə gün bundan əvvəl Baş nazirin sabiq müavini Abid Şərifovun insult keçirməsi və vəziyyətinin ağır olması ilə bağlı xəbərlər yayılmışdı.

Bakupost.az xəbər verir ki, Abid Şərifov Manset.az-a açıqlamasında insult keçirdiyini təsdiqləyib.

“Hazırda ağır xəstəyəm, insult keçirmişəm. Neçə vaxtdır xəstəxanada idim. Şükür Allaha, indi evə buraxılmışam. Müalicəm ev şəraitində davam edir. Bu dəfə əzrayılın əlindən qaçdım. İndi özümü yaxşı hiss edirəm. Narahat olan hər kəsə can sağlığı arzu edirəm”, - deyə A.Şərifov bildirib.

Qeyd edək ki, 85 yaşlı A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar