"Könüllülər koalisiyası" bu gün “həqiqətən vacib” məsələləri müzakirə edəcək".
Bakupost.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüş öncəsi bildirib.
O, həmçinin vurğulayıb ki, Ukraynaya uzaqmənzilli silahlarla yardım göstərilməsi istiqamətində daha çox addımlar atmaq mümkündür.
“Tez-tez görüşməyimiz yaxşıdır. Biz, hər zaman olduğu kimi, sizin ən yaxın tərəfdarınız və müttəfiqiniz olaraq qalırıq”, – Baş nazir əlavə edib.
Lalə, BakuPost