Ru
16:48 / 24 Oktyabr 2025

Müştəri eyni sifarişlə bağlı 5 fərqli cavab alıb - “Kontakt Home”dan narazılıq

Müştəri eyni sifarişlə bağlı 5 fərqli cavab alıb - “Kontakt Home”dan narazılıq
Eye

Paytaxt sakini Kənan Kadirov “Kontakt Home” mağazalar şəbəkəsindən etdiyi sifarişlə bağlı ciddi narazılıq bildirib.

Bakupost.az AzPost-a istinadən xəbər verir ki, Kadirov sosial şəbəkədə paylaşım edərək şirkətin sifarişləri və müştəri məlumatlarını idarə etməkdə qarışıqlığa yol verdiyini qeyd edib.


Onun sözlərinə görə, o, “Kontakt Home” saytından həm klaviatura, həm də üzqırxan maşın sifariş edib. Klaviaturanı “Elmlər Akademiyası” filialına, üzqırxanı isə ev ünvanına çatdırılma ilə seçib. Müştəriyə əvvəlcə bildirilib ki, “klaviatura iki gün ərzində filialda olacaq”.

Lakin bir neçə gündən sonra şirkət əməkdaşlarının bir-birinə zidd məlumatlar verməsi Kadirovun narazılığına səbəb olub:

“Üçüncü gündən zənglər gəlməyə başladı. Əvvəl dedilər ki, üzqırxan anbardan göndəriləndə defektli çıxıb, sifariş ləğv olunur. Ardınca başqa əməkdaş dedi ki, klaviatura artıq filialdadır. Filiala gedəndə isə mənə ‘hələ gəlməyib, beşinci gün gəlib götürərsiniz’ dedilər. Pulu kassadan geri aldım, amma sonra yenə zəng edib bildirdilər ki, guya klaviatura yoxdur, əslində üzqırxan gələcəkmiş”.

Müştəri bildirib ki, sistemdə üzqırxanın sifarişi artıq rəsmi şəkildə ləğv olunmuşdu və filialdakı əməkdaşlar da bunu təsdiqləmişdilər. Buna baxmayaraq, fərqli əməkdaşlardan ziddiyyətli məlumatlar gəlməyə davam edib.

“Bir sifarişə görə 3 gün ərzində 5 fərqli cavab eşitmişəm. Bu, nə normaldır, nə də müştəriyə hörmətdir. Əgər məhsul yoxdur, açıq şəkildə deyin ‘anbarda bitib’. Amma bir gün ‘defektlidir’, bir gün ‘yoldadır’, sonra ‘bitib’ demək, müştərini çaşdırmaqdan başqa bir şey deyil,” – deyə Kadirov qeyd edib.

O, şirkətin əməkdaşlarının bir-birindən xəbərsiz olmasının “Kontakt Home”da təşkilati problemlərin olduğunu göstərdiyini vurğulayıb və məsələyə aydınlıq gətirilməsini, oxşar halların gələcəkdə təkrarlanmamasını tələb edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar