Ru
14:13 / 24 Oktyabr 2025

"Mikrofon ona kiminsə başına vurmaq üçün lazımdı"

"Mikrofon ona kiminsə başına vurmaq üçün lazımdı"
Eye

Son aylarda şou-biznesdə ən çox müzakirə olunan müğənnilərdən biri Kəmalə Günəşlidir. Müğənni dəvət aldığı tədbirlərdə qalmaqallı çıxışlarını sosial şəbəkə platformalarında paylaşır.

Dinləyicilər onun səhnə performanslarını paylaşımlarının rəy bölümündə təhqir edir. Kəmalə Günəşli isə nə rəy bölümü bağlayıb, nə də ünvanına yazılan təhqirləri silir.

Müğənni onu təhqir edən dinləyicilərinə belə cavab verib: "Həm rəqsim, həm də özüm sevilirəm".

Bakupost.az xəbər verir ki, müğənni Əli Mirəliyev Qaynarinfo-ya açıqlamasında Kəmalə Günəşlini tanımadığını, amma həmin performanslarından xəbərdar olduğunu vurğulayıb:

"Bilmirik oxuyur, ya oynayır. Əlində mikrofon var. Mikrofon ona oxumaq üçün deyil, başqa şeylər üçün lazımdır. Əsəbləşəndə kiminsə başına vursun və s. Onların sənəti yoxdur, səhnəyə qalmaqalla gəliblər. Bir gün qalmaqal olmasa, gündəmdən düşürlər, unudurlar".

Əli Mirəliyevin fikirincə, Kəmalə Günəşlinin əlində mikrofonu o yan-bu yana aparması reytinq xarakteri daşıyır:

"Biri var Səbinə Ərəbli kimi oxuyasan, biri də ki, nə səs var, nə də istedad. Ona görə məcbur olub ara mahnıları oxuyurlar. Baxırlar ki, yox, bəyənmirlər, bundan sonra başlayırlar mikrofonu əllərində oynatmağa, dava-dalaş salmağa və beləcə gündəmdə qalırlar. Camaat da baxır, maraqlıdır axı, deyir görəsən, mikrofunu sonda neyləyəcək? Bu gün hər kəsə onun əlindəki mikrofonun taleyi maraqlıdır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar