Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.
Bildirilib ki, qurumun Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsində çalışan Vüsal Qurbanlı eyni zamanda Vətən müharibəsi iştirakçısı olub.
Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.
***
Yaxınlarının bildirdiyinə görə, V.Qurbanlının sağlamlığında heç bir problem olmayıb.
O, ayaqqabısını bağlamaq üçün əyilib və bu zaman qəfil vəfat edib. Mərhum ailəli olub, 2 övladı var.
Allah rəhmət eləsin!