Ru
13:53 / 16 Oktyabr 2021

Azərbaycanda işığın və qazın qiyməti QALXDI

421631

Azərbaycanda qazın və işığın qiyməti bahalaşıb.


Bakupost.az –ın məlumatına görə, bununla bağlı Tarif (Qiymət) Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib. Qərara əsasən:

Təbii qaz üzrə tariflərdə:

- Əhalinin illik istehlakının 1200 kub metrədək olan hissəsi (1200 kub metr daxil) üçün tariflər 1 kub metr üçün 2 qəpik artırılaraq 12 qəpik müəyyən edilir;

- Əhali üçün 1200 kub metrdən 2500 kub metrədək və 2500 kub metrdən çox olan hissələr üçün tariflər mövcud səviyyədə saxlanılır;

- Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri hər kub metr üçün 2 qəpik artırılaraq 22 qəpik müəyyən edilir;

- Enerji istehsalı üçün "Azərenerji" ASC-yə, "Azəristiliktəchizat" ASC-yə, həmçinin məhəllə qazanxanalarına və CNG tipli qazdoldurma məntəqələrinə satılan təbii qazın tarifi 3,5 qəpik artırılaraq 16,5 qəpik müəyyən edilir;

- Digər istehlakçılar üzrə qaz tarifləri əvvəlki səviyyədə - 1 kub metr üçün 25 qəpik səviyyəsində, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə olunan qaz üçün 20 qəpik səviyyəsində saxlanılır;



- İxrac olunan elektrik enerjisinin, habelə enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün təbii qaz istehsalçı tərəfindən müqavilə qiyməti ilə alınır.

Elektrik enerjisi üzrə:

- Əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək diferensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə artırılır.

- Əhali qrupu üzrə tariflər istehlakı 200 kVts-dək (200 kVts daxil olmaqla) olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir;

- Qeyri-əhali üzrə istehlakçı qrupunun digər sahələr üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik/kVts, xidmət və ticarət sahələri üzrə isə tarif 2 qəpik artırılaraq 11 qəpik/kVts səviyyəsində müəyyən olunur.

- Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 1 kilovat/saat (kVts) üçün 6,6 qəpik səviyyəsində müəyyənləşdirilir, gecə-gündüz tarifi yalnız almünium sənayesinə tətbiq olunmaqla ortalama tarif 2,8-5,8 qəpik/kVts-dan 3,1-6,4 qəpik/kVts-a dəyişdirilir;

- Bu vaxta qədər gecə-gündüz tarifi tətbiq olunan kimya sənayesi digər istehlakçı qrupuna aid edilir;



- Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisi müqavilə qiyməti ilə verilir;

Qərarlar 01 noyabr 2021-ci il tarixdən qüvvəyə minir.

A. Mirzəyev
BakuPost

Şərhlər
  • Mərdan Hüseynov

    Aran rayonlarda,qaza verilən limit ilin axırına bəs edir.Daq dibi rayonlarda bir ay bəs etmir.Yaxşı olardı aran rayonlarla,daq dibi rayonlarda fərq qoyasız.Aldıqımız pensiya qaza bəs etmir.Xahiş olunur milləti nəzərə alsanız.

  • Ehmedov nesimi

    Salam sualm ondan oteridiki 8.17 madede ne bildirilir sadece onu bilmek istedim iwlq enerwisinden olan madeni i.17 madede ne bildirilir cox saqolun

  • Murtuzov Murtuz

    Neyniyək? Nə normal maaş var , nədə giymət????. Avroppa maaşına baxıb muqaisə edilmir . Həkim alır 300-400 manat maaş, ələ 1000 kub qazın dəyərinə bərabərdir. Amerikada ən aşağı əmək hağı saata 50$

  • Mezahir Huseynov

    Salam mən bilmək isdəyieəm əhali ücün gecə saat necədən sonra tarif dəyişir və qiymətləri bilmək isdəyir əm. Əvvəlcədən təşəkkür edirəm.

  • Seko bagman

    Leyqetiniz olsun hər şeyi qaldirsiniz boş vaxdinz olanda babamın da şeyini qaldırın

  • Cəlal

    Sadəcə olaraq rüsvayçılıqdır. Söz tapa bilmirəm

  • Ünknown

    Orada oturanlar erməni balalarıdır.

  • Nailə Ələkbərova

    Ölkəmiz neft qaz ölkəsi olduğu halda soyuqdan camaat qırılır qazı yandırmir ki pulunu necə ödəyər elə bil ki qaz başqa ölkədən alınır və bizim də onu almağa büdcəmizdə pulumuz yoxdu

  • Azeri oglu.

    Olke qalibda soyungunchu ve terroristlerin ellerinde.

  • Təhməz Təhməzzadə

    pulsuz əldə edilən yanma qabiliyyəti aşağı olan səmt qazını verirlər, hələ bir qiymətini də qaldırırlar. Bəyənmədiyiniz İran qışda əhalisi çətinlik çəkməsin deyə qazı 2 qəpikdən verir. Xalqa bunu etdikdən sonra Zəngəzuru da azad edəcəyik deyirlər. Qazilərə şəhid ailələrinə də təsir edir bunların hamısı. Budur sizin xalqa hörmətiniz.

  • t.ədalət

    BP-i bizə səmt qazını havayı verdiyi halda qazın qiyməti bu qədəır artırsa,havayı verməsəydi,gör,nələr olardı?

  • Elman

    Tarif şurasının bu yaramaz əməllərindən möhtərəm Prezidentn xəbər olurmu? Axı bunlar əalini qıcıqlandırmaqla məşğuldurlar.Belə hallaın Prezidentə qarşı narazılq yaratdığı sirr deyil.

  • Cəfər Vahabov

    Azəriqazın qaz aıma,ambarlara vurma və digər qiymətlərində artım olmadığı halda bu artımın məqsədiəhali və digər isteklahçılar üçün artırılması anlaşılan deyil. Tarif şurası savadsız və anlayışsız adamlardan təşkil olunduğu və onarın gözüyumulu belə qərarlar verdiyin sübut edir.Bəs niyə Hakimiyyət belə oyunlara göz yumur?

  • Baba Aliev

    QARABAĞ AZƏRBAYCANDIR!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər