Ru
14:44 / 30 İyul 2025

Azərbaycanda istilik tarifləri yenə BAHALAŞDI

Azərbaycanda istilik tarifləri yenə BAHALAŞDI
Eye

Tarif (Qiymət) Şurası “Azəristiliktəchizat” ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə” 29 dekabr 2024-cü il tarixli qərarında dəyişiklik edib.

Bakupost.az xəbər verir ki, qərarı Şuranın sədri Mikayıl Cabbarov imzalayıb.

Qərara əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb.

Qeyd edək ki, bu il yanvarın 2-də Tarif (qiymət) Şurası tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadrat metr üçün 30 qəpik səviyyəsində təsdiq edilmişdi.

Qərara əsasən, sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadrat metr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar