Ru
12:12 / 17 Noyabr 2018

Azərbaycanda kişilərin hərbi qeydiyyat yaşı DƏYİŞDİ - Artıq 15 yaşından...

Azərbaycanda kişilərin hərbi qeydiyyat yaşı DƏYİŞDİ -  Artıq 15 yaşından...
Eye

Azərbaycanda ilkin hərbi qeydiyyatla bağlı yaş dəyişib. 



BakuPost-un məlumatına görə, Prezident İlham Əliyev 16 noyabr 2018-ci il tarixli fərmanı ilə tətbiqinə başlanan "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.



İndiyə qədər hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı idilər. Dəyişikliyə əsasən, bundan sonra hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan kişi cinsli vətəndaşlar yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar