Ru
17:05 / 22 Aprel 2026

Dünyanın ən bahalı evini bu şəxs aldı

Dünyanın ən bahalı evini bu şəxs aldı
Eye

Ukraynanın ən varlı iş adamı Rinat Axmetov Monakoda rekord məbləğdə 554 milyon dollara mənzil alıb.

Bakupost.az Bizim.Media-a istinadən xəbər verir ki, iş adamı əmlakı əslində 2024-cü ildə alıb, lakin məlumat indi verilib.
Bu, tarixin ən bahalı daşınmaz əmlak əməliyyatıdır. Beşmərtəbəli mənzil Monakoda, Aralıq dənizi sahilində yerləşən nüfuzlu yaşayış kompleksində yerləşir.

2500 kvadratmetrdən çox sahəni əhatə edən mənzil 21 otağa bölünüb və dənizə baxan bir neçə eyvan və terraslara malikdir. Həmçinin üzgüçülük hovuzu və səkkiz dayanacaq yeri var.

Qeyd edək ki, keçmiş deputat Forbes jurnalının ən zənginlər reytinqində yer almış yeddi ukraynalıdan biridir. 2026-cı ilin mart ayına olan məlumata görə, onun xalis sərvəti 7,8 milyard dollardır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar