Ru
16:48 / 22 Aprel 2026

Türkiyəli məşhur aktyor öldü

Türkiyəli məşhur aktyor öldü
Eye

Türk teatrı və operasının tanınmış adlarından olan Ferdi Atuner 82 yaşında həyatını itirib.

Bakupost.az xəbərinə görə, bu barədə aktyorun ailəsi məlumat verib.

Məlumata görə, uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan Atuner infarkt keçirib və vəfat edib.

Yaradıcılığı boyunca bir çox mühüm layihələrdə yer alan Ferdi Atuner xüsusilə Levent Kırca ilə birlikdə iştirak etdiyi "Olacak o kadar" serialı ilə geniş izləyici auditoriyası qazanıb.

Eyni zamanda İstanbul Dövlət Opera və Balet Teatrının sənətçisi olan Atuner aktyorluq karyerasında böyük iz qoyub. Məşhur "Çocuklar duymasın", "Reytinq Hamdi", "En son babalar duyar", "Ayrılsak da beraberiz", "Bez bebek" və "Çılğın Bediş" kimi seriallarda rol alan sənətçi səsləndirmə işləri ilə də yadda qalıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar