Ru
17:56 / 22 Aprel 2026

“Qobu Park-1”dəki binalar uçmaq üzrədir? – Görüntülər

“Qobu Park-1”dəki binalar uçmaq üzrədir? –  Görüntülər
Eye

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park-1” yaşayış kompleksindəki binaların qəzalı vəziyyətdə olması ilə bağlı ciddi narahatlıq doğuran görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, görüntülərdə hər an çökmə riski olan binaların təhlükəsini azaltmaq üçün artıq illərdir onların alt hissələrində əlavə betonlama işlərinin aparıldığı bildirilib.

Şikayətçilər deyirlər ki, kompleksdəki binaların əksəriyyəti illərdir bu vəziyyətdədir:

“Evlərimizdə çatlar yaranıb, vəziyyət çox ağırdır, yaşamaq mümkünsüzdür. Allah eləməsin, kiçik bir zəlzələ olsa, bu qədər insanın ölümünə kim cavab verəcək? Bunun məsuliyyətini kim daşıyacaq?”.

Bu binalar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olduğundan sorğumuzu da onlara ünvanladıq.
Qurumdan bildirildi ki, məsələ ilə bağlı kompleksin tikintisini həyata keçirən podratçı şirkətə məlumat verilib:

“Şirkət nümayəndələri tərəfindən binaya baxış keçirilib, onun texniki cəhətdən yararlılığının yoxlanılması ilə bağlı müvafiq işlər və araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, binanın dayanıqlığı və təhlükəsizliyi ilə bağlı heç bir problem aşkarlanmadığı bildirilib.

Podratçı şirkət tərəfindən binada qabaqlayıcı tədbir olaraq bərkitmə işləri aparılır”.

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar