Ru
17:14 / 22 Aprel 2026

Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırıldı

Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırıldı
Eye

Aprelin 21-də Bakı Metropolitenində yaranan texniki insident səbəbindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Bakupost.az xəbər verir ki, Agentlik tərəfindən daşıyıcılara xətlərə əlavə nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Bu çərçivədə metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobuslar cəlb olunub.

Sərnişin axınının tənzimlənməsi məqsədilə metro üzrə daşımaları əvəz edə biləcək marşrutlar üzrə avtobusların sayı artırılır ki, bu da gözləmə intervalının azalmasına, sərnişinlərin daha rahat və vaxtında mənzil başına çatmasına imkan yaradır.

Bu səbəbdən xüsusilə sərnişin sıxlığının müşahidə olunduğu metronun "Elmlər Akademiyası", "Nizami", "28 May", "Gənclik", "20 Yanvar", "Nəriman Nərimanov", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Əhmədli" stansiyaları və şəhərin digər əsas istiqamətləri üzrə marşrutlara əlavə avtobusların cəlb olunması davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar