Ru
16:36 / 04 Noyabr 2022

Azərbaycanda orta ömür yaşına çatmadan dünyasını dəyişən məmurlar - SİYAHI

Azərbaycanda orta ömür yaşına çatmadan dünyasını dəyişən məmurlar - SİYAHI
Eye

Azərbaycanda orta ömür rəsmən 75.8 ildir. Müxtəlif vəzifə tutmuş, yaxud hökumət üzvü olmuş bir çox şəxslər isə pensiya yaşına çatmamış vəfat edir.

 
Bakupost.az orta ömür yaşına çatmadan vəfat edən azərbaycanlı məmurların siyahısını təqdim edir.

 


Müdafiə sənayesi naziri Yavər Camalov 69 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.
 
Y.Camalov bir neçə dəfə İsraildə müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sabiq nazir Türkiyədə özəl xəstəxanlardan birində dünyasını dəyişib.
 

Sabiq Vergilər naziri Fazil Məmmədov 58 yaşında ürək tutmasından vəfat edib.

 
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 56 yaşında dünyasını dəyişib. Nazir bir müddət ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunsa da, bu, heç bir nəticə verməyib.

 



Energetika naziri Natiq Əliyev 70 yaşında İstanbulda yerləşdirildiyi xəstəxanada ürək tutmasından dünyasını dəyişib.

 
Ədliyyə Nazirliyi Penitensiar Xidməti rəisinin keçmiş müavini Ədalət Bədirov 68 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
 


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Regional bölməsinin rəisi Aslan Aslanov ürəktutmasından vəfat edib.
 



Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə 66 yaşında dünyasını dəyişib.


 
Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov 70 yaşında xəstəlikdən dünyasını dəyişib.


 
Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov 57 yaşında xəstəlikdən dünyasını dəyişib.

 


Milli Məclisin sabiq deputatı Anar Məmmədxanov 2011-ci ildə 41 yaşında kəskin ürək qan-damar çatışmazlığı, ürəyin işemik xəstəliyindən, digər deputat Rafael Cəbrayılov isə 2021-ci ildə 63 yaşında koronavirusdan dünyasını dəyişib.
 


Günel Musa
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar