Ru
09:03 / 22 Avqust 2019

Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO

4451
Ölkəmizdə ilk dəfə bir qəbirstanlığın saytı yaradılacaq. Söhbət paytaxtın böyük məzarlıqlarından biri olan Yasamal qəbirstanlığından gedir.


Nazirlər Kabinetinin qərarı ilə avqustun 1-dən qəbirstanlıq Yasamal Bələdiyyəsinin idarəçiliyinə verilib. Bundan sonra qəbirstanlığın abadlaşdırılması ilə yanaşı informasiya sisteminin formalaşdırılmasına başlanılıb.


Abadlaşdırma işləri çərçivəsində qəbirlər siyahıya alınır,burada nə qədər insanın dəfn edildiyi dəqiqləşdirilir. Hazırda 400 qəbirlə bağlı məlumatlar öyrənilib. Bu rəqəmin bir neçə yüz mini keçəcəyi dəqiqdir.Artıq məzarlarla bağlı məlumatların elektronlaşdırılmasına start verilib. Qəbirlərinin şəkilləri çəkiləcək və müvafiq saytda yerləşdiriləcək. Məlumatlarda məzar daşı, dəfn olunduğu ölkə və şəhər qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək.


Proqram təminatında nömrələnmiş qəbirlərin kimə aid olduğu haqqında məlumatların elektron sistemə qeyd edilməsinə başlanılıb.


Bütün məzarların nömrələnməsindən sora sayt tam hazırlanaraq istifadəyə veriləcək. Hazırda qəbirlərin siyahıya alınması davam etdilir. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər