Ru
11:50 / 04 İyul 2019

Azərbaycandan 30 milyon rubl çıxarmaq istəyən şəxsin cəzası azaldıldı

Azərbaycandan 30 milyon rubl çıxarmaq istəyən şəxsin cəzası azaldıldı
Eye



Qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Nurmaqomed Karanaevin apelyasiya şikayətinə baxılıb.



Bakupost.az-ın məlumatına görə, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə ilə keçirilən prosesdə N.Karanaevin cəzası 7 ildən 1 il 8 aya salınıb.



Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilirdi ki, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına "Gül kələmi” yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12” yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda gömrük baxışı keçirilib.



Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu aşkar edilib. Həbs edilən N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə N.Karanaev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar