“Ötən il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 6580 ton taxıl, 1210 ton Azərbaycan benzini gətirilib”. Bakupost.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O, idxal edilən taxılın 1000 tonunun Qazaxıstan, 5580 tonunun isə Rusiyaya məxsus olduğunu açıqlayıb.
“8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 8485 ton Rusiya taxılı gətirilib, daha 4103 ton taxıl isə yoldadır. Bundan başqa, 7600 ton Azərbaycan neft məhsulları yoldadır ki, bunlardan 6100 tonu benzin və 1500 tonu dizel yanacağıdır”, - Papoyan əlavə edib.
Erməni nazirin sözlərinə görə, ölkədə benzin və dizel yanacağı qiymətlərinin ötən ayla müqayisədə hər litr üçün 80 dram (0,36 AZN) azalması gözlənilir.
Qeyd edək ki, sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
Müasir Medianın xəbəri izləyiciyə qısa-dəqiq anlaqlı düzümdə çatdırılmalı deyilmi? 18 dekabrdan hesabat anına Azərbaycan Ermənistana nə qədər, hansı markalı hansı miqdar və qiymətdə göndərib? Dəyərcə, Ermənistan və Azərbaycan adekvat (hər iki tərəf) bu əlavə xırda ötürücülükdən nə qazanıblar? Eləcə də, digər imzalı kontraktlar! Yüksək qiymətə, kifayət istifadəçi yoxmuşsa, xüsusilə enerji ehtiyatlarımızı digərlərinə ötürməkdən, daxili tələbatımıza ötürməyək və ya strateji ehtiyatımıza qapamayaq?