Rusiyanın Dövlət Dumasının deputatı Svetlana Jurova Azərbaycanın Ukraynaya vəsait ayırmasına münasibət bildirilib.
Bakupost.az “lenta.ru”ya istinadən xəbər verir ki, deputat bu addımı tamamilə normal sayıb.
Onu fikrincə, söhbət hərbi deyil, humanitar yardımdan getdiyi üçün burda xüsusi heç nə yoxdur.
O, həmçinin əlavə edib ki, bu cür yardım münaqişədən asılı olmayaraq da göstərilə bilərdi.
Siyasətçi onu da bildirib ki, Rusiya mülki əhalinin həyatını pisləşdirmək niyyətində deyil.
Amma hərbi hədəflər başqa məsələdir.
Xatırladaq ki, Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 2,0 (iki) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq.
Lalə,
BakuPost