Ru
20:31 / 11 Avqust 2025

Zelenski sülhdən danışdı: Real şans...

Zelenski sülhdən danışdı: Real şans...
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında yazıb.

"Mən ona tərəfdaşlarla təmaslar, müharibəni bitirmək üçün diplomatik səylərimiz barədə məlumat verdim. Əslində, liderlərlə daimi əlaqə saxlayırıq. İndi sülh üçün real şansın olduğu zamandır. Amma sülh ədalətli və sabit olmalı, təhlükəsizliyə təminat verilməlidir. Bu, təkcə Ukrayna üçün deyil, Avropanın hər bir ölkəsi üçün vacibdir”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, tərəflər Ukrayna və Avropasız qəbul edilən istənilən qərarda eyni dərəcədə təhlükə görürlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar