Ru
23:46 / 11 Avqust 2025

ABŞ-da poladəritmə zavodunda partlayış: 1 ölü, onlarla yaralı...

ABŞ-da poladəritmə zavodunda partlayış: 1 ölü, onlarla yaralı...
Eye

ABŞ-ın Pensilvaniya ştatının Klerton şəhərindəki “U.S. Steel” poladəritmə zavodunda partlayış baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb.

Bildirilir ki, xilasetmə xidmətlərinə insidentlə bağlı ilk məlumat yerli vaxtla saat 11:00 radələrində daxil olub.

Poladəritmə zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb:

"“US Steel” zavodunda baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, iki nəfər itkin düşüb, onlarla insan yaralanıb", - məlumatda deyilir.

Pensilvaniya qubernatoru Coş Şapiro administrasiyasının şəhər rəhbərliyi ilə əlaqə saxladığını, vəziyyətin nəzarət altında olduğunu deyib.

Telekanalın məlumatına görə, azı 7 nəfər xəstəxanalara çatdırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar