ABŞ prezidenti Donald Tramp Çindən idxala yeni yüksək rüsumların tətbiqinin 90 gün müddətinə gecikməsini nəzərdə tutan sərəncam imzalayıb.
Bakupost.az xəbər verir ki, bu haqda CNBC kanalı Ağ Ev sözçüsünə istinadən məlumat yayıb.
“Prezident Donald Tramp növbəti 90 gün ərzində Çin mallarına ABŞ-ın yüksək gömrük rüsumlarının tətbiqinin qarşısını alan fərman imzalayıb”, - məlumatda deyilir.