Rusiyanın Sankt-Peterburq şəhərində miqrantların kuryer kimi fəaliyyət göstərməsinə qadağa qoyulub.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə qubernator Aleksandr Beqlov tərəfindən imzalanan sərəncamda bildirilir
Məlumata görə, qadağa bütün növ kuryer işlərinə şamil edilir.
Sənəddə vurğulanır ki, bu qərar “kölgə məşğulluğu ilə mübarizə”, kuryer sektorunda xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, həmçinin Rusiya vətəndaşları üçün yeni iş yerlərinin yaradılması məqsədi daşıyır. Mətbuat xidmətinin açıqlamasında deyilir ki, kuryer işi məktəblilər və tələbələr üçün daha münasibdir.
Hökumət rəsmiləri həmçinin qeyd ediblər ki, tətbiq olunan məhdudiyyətlər çatdırılma bazarına təsir etməyəcək, çünki miqrantlar şəhərdəki kuryer heyətinin yalnız kiçik bir hissəsini təşkil edirlər.